DataLife Engine > Xeberler - Новости > Qara qutu və pilotların cəsədləri tapılıb

Qara qutu və pilotların cəsədləri tapılıb


25 февраля 2008. Разместил: Ismail

MiQ-29 tipli qırıcı təyyarənin qara qutusu və pilotların cəsədləri dənizin dibindən qaldırılıb

Bu barədə məlumatı ANSPRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib

Yanvarın 29-da təlim uçuşları zamanı qəzaya uğrayaraq Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən MiQ-29 tipli qırıcı təyyarənin qara qutusu və pilotların cəsədləri tapılıb. Dünən pilotların cəsədləri və təyyarənin qalıqları dənizin dibindən qaldırılıb.

Xatırladaq ki, qəza nəticəsində təyyarənin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. /ANSPRESS/