DataLife Engine > Xeberler - Новости > Abdulla Gül hicabla bağlı konstitusiya dəyişikliyini təsdiqləyib

Abdulla Gül hicabla bağlı konstitusiya dəyişikliyini təsdiqləyib


25 февраля 2008. Разместил: Ismail

Abdulla Gül hicabla bağlı konstitusiya dəyişikliyini təsdiqləyib

Bu barədə prezidentin mətbuat xidməti açıqlama yayıb

Türkiyə prezidenti Abdulla Gül universitetlərdə hicaba icazə verən konstitusiya dəyişikliyini təsdiqləyərək rəsmi qəzetdə nəşr edilməsi üçün hökumətə təqdim edib. CNNtürk-ün verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, hicablı qadınların universitetlərə girməsinə icazə verilməsi ilə əlaqədar bəzi vətəndaşların narahatlıqlarının aradan qaldırılması üçün müxtəlif nizamlamaların həyata keçirilməsi məcburidir. Açıqlamada həmçinin prezidentin bu narahatlıqların aradan qaldırılması üçün xüsusi həssaslıq göstərəcəyi qeyd olunub.
Prezident administrasiyasının açıqlaması 10-cu və 42-ci maddələrə bəzi dəyişiklik edilərək təhsil almaq hüququnun gücləndirilməsinin əsas məqsəd götürüldüyünü bildirir. Sənədə edilən dəyişikliklərin respublikanın əsas prinsiplərinə və konstitusiya dəyişikliyi barədə qaydalarına zidd olmadığı da açıqlamada yer alıb. Hökümətə təqdim edilən sənəddə həmçinin sözügedən qanunun parlamentdə olan 4 siyasi partiyadan 3-nün dəstəklədiyi, 411 yəni 80 faiz millət vəkilinin səsilə qəbul edildiyi vurğulanıb./ANS PRESS/