DataLife Engine > Futbol > Çempionlar liqası - 1/8 final, ilk oyunlar

Çempionlar liqası - 1/8 final, ilk oyunlar


22 ôåâðàëÿ 2008. Ðàçìåñòèë: Ismail

UEFA çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyunları

2008-02-20

İstanbulda Fənərbaxça ilə Sevilya arasında keçirilən qarşılaşmada meydan sahibləri qələbə çalıb

Tarixində ilk dəfə olaraq çempionlar liqasının pley-off mərhələsinə adlamış Fənərbaxça klubu, İspaniya təmsilçisi Sevilyanı qəbul edib. Bu görüşdə azarkeşlər 5 vurulmuş qolun şahidi olublar. Qarşılaşmanın 17-ci dəqiqəsində Uğur Boralın sağ cinahdan ötürdüyü topu Kejman başla qapıdan keçirib, 1-0. Meydan sahibləri 6 dəqiqə sonra da fərqləniblər, amma bu dəfə Edu Drasena qapıların yerini səhv salıb, 1-1. Tərəflər fasiləyə 1-1-lik bərabərliklə yollanıblar.

İkinci yarının 6-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli çıxıblar. Dieqo Alfredo Luqano künc zərbəsi sonrası Palopa seçim yeri qoymayıb, 2-1. Qonaqlar yenidən hesaba tarazlıq gətiriblər. 66-cı dəqiqədə Jülen Eskude adını tabloya yazdırıb, 2-2. Amma, bu da görüşdə vurulmuş son qol olmayıb. Matçın başa çatmasına 3 dəqiqə qalmış meydana sonradan daxil olmuş Semih Şəntürk türkləri bir daha şənləndirib. O, Aleksin ideal ötürməsini məntiqi sonluqla tamamlayaraq, komandasına həyat verən qola imza atıb, 3-2. Qarşılaşma Fənərbaxçanın 3-2 hesablı qələbəsi ilə başa çatıb. Cütlüyün taleyinə 2 həftə sonra İspaniyada keçiriləcək oyundan sonra aydınlıq gələcək.
Fənərbaxça - Sevilya: 3-2

 


Seltik 2 - 3 Barselona  (16` Hesslink, 38` Robson - 18`, 79` Messi, 52` Henry)


Olimpik Lion 1 - 1 Mançester Yunayted (54` Benzema - 87` Tevez)


Arsenal 0 - 0 Milan


2008-02-19

Bu mərhələdə “Roma” kollektivi ilə “Real Madrid” arasında keçirilən qarşılaşma birincilərin qələbəsi ilə nəticələnib

Günün ən maraqlı qarşılaşmalardan biri Romada eyni adlı komanda ilə Madridin Real klubu arasında keçirilib. Matçda ilk təhlükəli vəziyyət meydan sahiblərinin qapısı qarşısında yaranıb ki, bu da qolla nəticələnib. Raul Qonzales 8-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb, 1-0. Qonaqlar 2 dəqiqə sonra 2-ci topu Romanın qapısından keçiriblər də bu epizodda Ruud Van Nistelroy oyundankənar vəziyyətdə olduğundan qol hesaba alınmayıb.

Luçano Spalettinin yetirmələri buna qolla cavab veriblər. David Pizarro oyunda status-kvonu bərpa edib, 1-1. Tərəflər fasiləyə elə bu hesabla yollanıblar. Canavarlar 2-ci hissəyə də qolla başlayıblar. 58-ci dəqiqədə Tottidən gözəl ötürmə almış Alessandro Mansini Realın qolkiperi Kasilyası da aldadaraq topu boş qapıya göndərib, 2-1. Görüş Romanın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bu cütlüyün taleyinə 2 həftə sonra Santyaqo Bernabeo stadionunda keçiriləcək qarşılaşmadan sonra aydınlıq gələcək.
Roma 2 - 1 Real Madrid


 

Futbol üzrə çempionlar liqasının 1/8 final mərhələsində daha bir görüş Liverpul klubu ilə İnter arasında keçirilib. Qarşılaşmada ilk yarı heç-heçə başa çatıb. Fasilədən sonra da Rafael Benitesin yetirmələri oyuna nəzarət edən tərəf olublar. Meydan sahibləri görüşün başa çatmasına ancaq 5 dəqiqə qalmış qol vurmaq istəklərini reallaşdırıblar. Dirk Kuyt qapıçıya seçim yeri qoymayıb, 1-0. Amma, ingilislər bundan sonra da sakitləşməyiblər. Hakimin final fitinə bir neçə saniyə qalmış Liverpulun kapitanı Stiven Cerard vurduğu gözəl qolla hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu eyni zamanda oyunda vurulmuş son qol olub və matç Liverpulun 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə Rafael Benitesin yetirmələri 1/4 final mərhələsinə bir qədər də yaxınlaşıblar.
Liverpul – İnter: 2 – 0

 



Çempionlar liqasının 4 il bundan əvvəlki qalibi Porto klubu isə Almaniyada Şalkenin qonağı olub. Qarşılaşmanın 4-cü dəqiqəsində matçın ilk qolu vurulub. Rafinyanın sağ cinahdan vurduğu topu Portonun qolkiperi Helton dəf etsə də, Kevin Kuraninin təkrar zərbəsi qarşısında aciz qalıb, 1-0. Porto fasilədən sonra fəallığı bir qədər artırıb. Bu da meydan sahiblərinin qapıçısı Manuel Neverə zaman-zaman çətin anlar yaşadıb. Qarşılaşmada ən real qol vəziyyəti isə son dəqiqələrə təsadüf edib. Bu epizodda Lisandro Lopez, 2-3 metr məsafədən qapını dəqiq nişan ala bilməyib. Hakimin final fiti Şalkenin 1-0 hesablı qələbəsini rəsmiləşdirib.
Şalke – Porto: 1– 0


Olimpiakos 0 - 0 Çelsi


/ANSPRESS/, /GOALSTUBE/