İtaliyada şokoladdan «Ferrari» hazırlanıb
Şokalad maşın fevralın 22-dən 24-nə kimi Sorrento şəhərində keçiriləcək tədbirdə
nümayiş etdiriləcək
Fevralın 22-dən 24-nə kimi İtaliyanın Sorrento şəhərində «Formula-1» yarışlarına
və Ferrari maşınlarına həsr edilmiş qeyri adi tədbir keçiriləcək. Ferrarinin
fanatları tədbirlə təmiz şokoladdan hazırlanmış maşın nümayiş etdirəcəklər.
Şokalad Ferrarinin ən üstün cəhəti isə onun əsl maşın ölçüsündə olmasıdır.
Maşının hazırlanmasına təxminən iki aydan çox vaxt lazım olub. Onu əsl maşına
oxşatmaq üçün istehsalçılar hətta maşının üzərini qırmızı rəngli boya ilə də
örtüblər. Tədbirin sonunda arzu edənlər maşının dadına baxa biləcəklər./ANS
PRESS/