Tərtərdə ikibaşlı quzu dünyaya gəlib
Qeyri-adi canlının ağzı, burnu iki, gözü dörd olsa da, iki qulağı var və ayaq
üstə çətinliklə dayanır
Tərtərin Köçərli kəndində qeyri-adi hadisə baş verib. Kənd sakini Səfər Əliyevin
şəxsi təsərrüfatındakı qoyunlardan biri ikibaşli quzu doğub. Bir günü tamam olan
quzunun sağlamlığı hələlik pis deyil.
Qeyri-adi canlının ağzı, burnu iki, gözü dörd olsa da, iki qulağı var və ayaq
üstə çətinliklə dayanır. Heyvanın sahibinin sözlərinə görə, quzunun anası daim
əkiz və ya üçəm doğub. Belə qeyri-adi hadisə isə onun təsərrüfatında ilk dəfə
qeydə alınıb./ANSPRESS/