DataLife Engine > Xeberler - Новости > Tərtərdə ikibaşlı quzu dünyaya gəlib

Tərtərdə ikibaşlı quzu dünyaya gəlib


21 февраля 2008. Разместил: Ismail

Tərtərdə ikibaşlı quzu dünyaya gəlib

Qeyri-adi canlının ağzı, burnu iki, gözü dörd olsa da, iki qulağı var və ayaq üstə çətinliklə dayanır

Tərtərin Köçərli kəndində qeyri-adi hadisə baş verib. Kənd sakini Səfər Əliyevin şəxsi təsərrüfatındakı qoyunlardan biri ikibaşli quzu doğub. Bir günü tamam olan quzunun sağlamlığı hələlik pis deyil.
Qeyri-adi canlının ağzı, burnu iki, gözü dörd olsa da, iki qulağı var və ayaq üstə çətinliklə dayanır. Heyvanın sahibinin sözlərinə görə, quzunun anası daim əkiz və ya üçəm doğub. Belə qeyri-adi hadisə isə onun təsərrüfatında ilk dəfə qeydə alınıb./ANSPRESS/