DataLife Engine > Xeberler - Новости > Jurnalistlər tarakana görə işdən qovulublar

Jurnalistlər tarakana görə işdən qovulublar


21 февраля 2008. Разместил: Ismail

Jurnalistlər tarakana görə işdən qovulublar

İşçilər xəbərlər proqramının aparıcısının stolunun üstündə ora-bura qaçan böcəyi görməyiblər

Türkmənistanın mərkəzi telekanalının bir qrup əməkdaşı işdən çıxarılıb. Buna səbəb xəbərlər proqramı efirə gedərkən aparıcının stolunun üzərində tarakanın qaçması olub. Böcəyin stolun üstündə qaçması hətta axşam buraxlışında da efirə gedib. Tarakanı yalnız səhər təkrar kadrın efirə getməsi nəticəsində Mədəniyyət Nazirliyinin bir qrup əməkdaşı görüb. Nəticədə kanalın 30 yaxın əməkdaşı cəzalandırılaraq işdən çıxarılıb. Cəzalandırılanlar arasında redaktor, rejissor, operator və texniki işçilər də olub.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov yerli mətbuat vasitələrini maraqsız materiallarına görə, həmçinin mədəniyyət nazirliyini televiziya kanalları üzərində nəzarətin zəif olmasına görə bir necə dəfə tənqid edib. /ANS PRESS/