Jurnalistlər tarakana görə işdən qovulublar
İşçilər xəbərlər proqramının aparıcısının stolunun üstündə ora-bura qaçan böcəyi
görməyiblər
Türkmənistanın mərkəzi telekanalının bir qrup əməkdaşı işdən çıxarılıb. Buna
səbəb xəbərlər proqramı efirə gedərkən aparıcının stolunun üzərində tarakanın
qaçması olub. Böcəyin stolun üstündə qaçması hətta axşam buraxlışında da efirə
gedib. Tarakanı yalnız səhər təkrar kadrın efirə getməsi nəticəsində Mədəniyyət
Nazirliyinin bir qrup əməkdaşı görüb. Nəticədə kanalın 30 yaxın əməkdaşı
cəzalandırılaraq işdən çıxarılıb. Cəzalandırılanlar arasında redaktor, rejissor,
operator və texniki işçilər də olub.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov yerli mətbuat
vasitələrini maraqsız materiallarına görə, həmçinin mədəniyyət nazirliyini
televiziya kanalları üzərində nəzarətin zəif olmasına görə bir necə dəfə tənqid
edib. /ANS PRESS/