PREDATOR
(YIRTICI)
Cənubi Amerika cənkəlliklərində bir ovçu insan ovuna çıxıb. O,
yadplanetlidir, yırtıcıdır.
Amma insanların kim tərəfindən yoxa çıxdığı bəlli deyil.
Mayor Alan "Dutch" Schaefer`in (Arnold Schwarzenegger) başçılığı
ilə xüsusi dəstə oraya göndərilir. İnsanları ovlayan bu Yırtıcı bu dəfə də
Arnolda hücum edir. Amma... böyük səhv.
Əslində Yırtıcının rolunda ilk öncə Jean Claude Van Damme iştirak
etməliydi. Hətta qırmızı kostyumda bir neçə dəfə pavilyonda qaçmışdı da, əla
xüsusi effektlər də yaratmışdı. Lakin sonra roldan imtina etdi.
Sonra da Van Damme`ın yerinə çəkilişə meymun cəlb etdilər. Meymun
xüsusi kostyumda ağacdan ağacda hoppanmalıydı. Lakin meymun özünü Van Damme`dan
da betər aparır. Kostyumu cırır və ağaca hoppanmaqdan imtina edir.
Van Damme və meymunun əvəzedicisi çətinliklə tapılır. Bu iki metr
boya malik Kevin Peter Hall olur. Filmin axırında vertolyotda Arnoldu aparan elə
həmin Kevindir.