DataLife Engine > Xeberler - Новости > MİQ-29-un pilotlarından birinin cəsədi tapılıb
MİQ-29-un pilotlarından birinin cəsədi tapılıb18 февраля 2008. Разместил: Ismail |
![]() Qəzaya uğramış MİQ-29-un pilotlarından birinin cəsədi tapılıb Hazırda ağır texnika dənizin 17 metr dərinliyindən təyyarənin qalıqlarının çıxarılması ilə məşğuldur Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun ANS-ə verdiyi məlumata görə, yanvarın 29-da Xəzər dənizində qəzaya uğramış MİQ 29 təyyarəsinin qalıqları və pilotların axtarışları bu gün konkret nəticə verib. Bir neçə dəqiqə bundan əvvəl həm təyyarənin qalıqları, həm də pilotlardan birinin cəsədi tapılıb. Təyyarə dənizin 6 kilometrliyində 15-17 metr dərinliyində aşkarlanıb. Hadisə rayonuna dalğıclar, həmçinin ağır texnika cəlb edilib. Bu dəqiqələrdə ağır texnika təyyarənin özünün və fraqmentlərinin qaldırılması ilə məşğul olur. Xatırladaq ki, bu il yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar./ANS PRESS/ |