DataLife Engine > Xeberler - Новости > Evin damı oğurlanıb

Evin damı oğurlanıb


18 февраля 2008. Разместил: Ismail

Evin damı oğurlanıb

Macarıstanda oğruların bir evin damını aparması polisi heyrətə salıb. Naqikorosi qəsəbəsində baş vermiş hadisədən sonra açıqlama verən polis rəsmisi ölkədə indiyə kimi bir çox oğurluq hallarına rast gəlindiyini, ancaq damın oğurlanması hadisəsi ilə ilk dəfə üzləşdiklərini deyib. Qonşuların hadisə barədə xəbərdarlığından sonra bu qəribə oğurluğu araşdıran polis qısa bir vaxtda “səbəbkarları” yaxalaya bilib. Onlar yaxınlıqdakı bir evdə axtarış apararaq, oradan oğurlanmış kirəmit, taxta parçaları və tüstü borularını tapıblar. Dam oğruları verdikləri ifadədə ələ keçirdikləri materiallarla yeni ev tikmək istədiklərini deyiblər. /zaman.az/