DataLife Engine > Xeberler - Новости > Baş redaktor iş otağında ölüb
Baş redaktor iş otağında ölüb18 февраля 2008. Разместил: Ismail |
![]() Məhəmməd peyğəmbərin karikaturalarını çap edən qəzetin baş redaktoru iş otağında ölüb Redaktor vəfatından əvvəl jurnalistlərə verdiyi müsahibədə karikaturalardan birini çap etmək qərarını müdafiə edib Bu günlərdə Peyğəmbəri (s) təhqir edən bədnam karikaturaları çap etdirən İsveç qəzetinin baş redaktoru anidən öz iş otağında vəfat edib. İsveç KİV-lərinin yaydığı məlumata görə Peter Melin son dəqiqələrinə kimi çox aktiv fəaliyyət göstərirmiş. Vəfatından əvvəl o günün birinci yarısında İsveç radiosunun və TT informasiya agentliyinin jurnalistlərinə verdiyi müsahibədə Peyğəmbəri (ə.s.) təhqir edən karikaturalardan birini çap etmək qərarını məharətlə müdafiə edib. Məlumata görə, Melinin infarktdan öldüyü güman olunur. Qəzet əməkdaşları baş redaktorlarını iclasda görməyincə onu axtarmağa çıxıblar və onu öz otağında ölmüş halda tapıblar./Deyerler/ /ANSPRESS/ |