Evin
damı oğurlanıb
Macarıstanda oğruların bir evin damını aparması polisi heyrətə salıb. Naqikorosi
qəsəbəsində baş vermiş hadisədən sonra açıqlama verən polis rəsmisi ölkədə
indiyə kimi bir çox oğurluq hallarına rast gəlindiyini, ancaq damın oğurlanması
hadisəsi ilə ilk dəfə üzləşdiklərini deyib. Qonşuların hadisə barədə
xəbərdarlığından sonra bu qəribə oğurluğu araşdıran polis qısa bir vaxtda
“səbəbkarları” yaxalaya bilib. Onlar yaxınlıqdakı bir evdə axtarış apararaq,
oradan oğurlanmış kirəmit, taxta parçaları və tüstü borularını tapıblar. Dam
oğruları verdikləri ifadədə ələ keçirdikləri materiallarla yeni ev tikmək
istədiklərini deyiblər. /zaman.az/