QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR
345–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim ümumi
ərzaqdan bir şey alıb müsəlman bazarında qiyməti qalxsın deyə qırx gün saxlasa,
sonradan (öz möhtəkirlik günahını yusun deyə) satıb pulunun hamısını sədəqə
versə belə, günahının kəffarəsi olmayacaqdır.
Biharul-ənvar /103/89.
***
346–İmam Əli əleyhissalam buyurmuşdur: Alverin şər`i
hökmlərini bilmədən ticarət edən şəxs ribada qərq olar.
Biharul-ənvar /103/93.
***
347–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ticarət edən
şəxslər beş xislətdən qorunmalı və ya alveri tərk etməlidirlər: riba, (yə`ni
sələm), and içmək, eybi gizlətmək, satanda tə`rifləmək və alanda pisləmək.
Xisal /1/286.
***
348–İmam Baqir əleyhissalam buyurur: Hər kim dünyada
özgələrinə möhtac olmaması, ailəsinin rahatlıqda, rifahda yaşaması və
qonşularına ehsan və köməklik etmək üçün ruzi kəsb etsə Allah-taala qiyamət
günündə, hesab zamanı onun üzünü on dörd gecəlik ay kimi nurlu və
parlaq edər, (yə`ni üzü ağ və
başı uca olar).
Kafi /5/78.
***
349–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kim
qəlbində dini qardaşına qarşı fırıldaq etmək fikrilə alver etsə, Allah qəzəbində
alver etmişdir və tövbə edib onu aradan aparana qədər elə o vəziyyətdə
qalacaqdır.
Səfinətül-bihar /2/318.
***
350–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kim din
qardaşına fırıldaq gəlsə, malın içərisinə bir şey qarışdırsa, Allah onun
ruzisinin bərəkətini çəkər, yaşayışını, dolanışığını
puç edər və onu öz başına boşlayar.
Vəsailuş-şiə /17/283.
***
351–İmam Sadiq əleyhissalam buyurur: Peyğəmbəri-əkrəm
südə su qatıb satmağı qadağan edib.
Təhzib /7/13.
***
352–İmam Sadiq əleyhissalam buyurur: Bizə (müsəlmanlara)
xəyanət edib qarışıq mal verənlər bizdən deyil.
***
353–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim alverdə
bir müsəlmanı aldatsa bizdən deyil və qiyamət günündə yəhudilərin içərisində
olacaq, çünki onlar müsəlmanlara qarşı xalqların ən hiyləgəridir.
Biharul-ənvar /103/80.