Məhəmməd peyğəmbərin karikaturalarını çap edən qəzetin baş redaktoru iş otağında
ölüb
Redaktor vəfatından əvvəl jurnalistlərə verdiyi müsahibədə karikaturalardan
birini çap etmək qərarını müdafiə edib
Bu günlərdə Peyğəmbəri (s) təhqir edən bədnam karikaturaları çap etdirən İsveç
qəzetinin baş redaktoru anidən öz iş otağında vəfat edib. İsveç KİV-lərinin
yaydığı məlumata görə Peter Melin son dəqiqələrinə kimi çox aktiv fəaliyyət
göstərirmiş. Vəfatından əvvəl o günün birinci yarısında İsveç radiosunun və TT
informasiya agentliyinin jurnalistlərinə verdiyi müsahibədə Peyğəmbəri (ə.s.)
təhqir edən karikaturalardan birini çap etmək qərarını məharətlə müdafiə edib.
Məlumata görə, Melinin infarktdan öldüyü güman olunur. Qəzet əməkdaşları baş
redaktorlarını iclasda görməyincə onu axtarmağa çıxıblar və onu öz otağında
ölmüş halda tapıblar./Deyerler/ /ANSPRESS/