
Ronaldo futbolla vidalaşa bilər
Futbolçu dizindən cərrahiyyə əməliyyatı keçmək üçün Parisə göndərilib
Futbolçu Ronaldo karyerasında 2-ci dəfə ağır zədəyə məruz qalıb. Ronaldonun
Milan-Livorno matçında dizindən aldığı zədə onun böyük futbolla birdəfəlik
yollarının ayırılması ilə nəticələnə bilər. Ronaldo artıq dizindən cərrahiyyə
əməliyyatı keçmək üçün Parisə göndərilib. Milan klubunun rəsmi saytında yayılan
məlumata görə, Ronaldonun sol diz bağlarından biri tamamilə dağılıb. Onun
zədəsinin sağalması üçün azı 9 aydan 1 ilə qədər vaxt lazımdır. «Milan» klubunun
həkimi Massimiliano Sala forvardın yenidən yaşıl meydanlara qayıdacağına inanır.
Xatırladaq ki, Ronaldo ilk dəfə deyil ki, anoloji hadisə ilə üzləşir. Belə
ki, brazliyalı futbol ulduzunun dizində ilk cərahiyyə əməliyyatı 1996-cı ildə
aparılmışdı. O, 2000-ci ildə də diz problemi ilə üzləşmişdi. /ANSPRESS/