DataLife Engine > Futbol > Ronaldo futbolla vidalaşa bilər

Ronaldo futbolla vidalaşa bilər


17 ôåâðàëÿ 2008. Ðàçìåñòèë: Ismail

Ronaldo futbolla vidalaşa bilər

      Futbolçu dizindən cərrahiyyə əməliyyatı keçmək üçün Parisə göndərilib

     Futbolçu Ronaldo karyerasında 2-ci dəfə ağır zədəyə məruz qalıb. Ronaldonun Milan-Livorno matçında dizindən aldığı zədə onun böyük futbolla birdəfəlik yollarının ayırılması ilə nəticələnə bilər. Ronaldo artıq dizindən cərrahiyyə əməliyyatı keçmək üçün Parisə göndərilib. Milan klubunun rəsmi saytında yayılan məlumata görə, Ronaldonun sol diz bağlarından biri tamamilə dağılıb. Onun zədəsinin sağalması üçün azı 9 aydan 1 ilə qədər vaxt lazımdır. «Milan» klubunun həkimi Massimiliano Sala forvardın yenidən yaşıl meydanlara qayıdacağına inanır.

    Xatırladaq ki, Ronaldo ilk dəfə deyil ki, anoloji hadisə ilə üzləşir. Belə ki, brazliyalı futbol ulduzunun dizində ilk cərahiyyə əməliyyatı 1996-cı ildə aparılmışdı. O, 2000-ci ildə də diz problemi ilə üzləşmişdi. /ANSPRESS/