
Futbolçu Ronaldo karyerasında 2-ci dəfə ağır zədəyə məruz qalıb. Ronaldonun
Milan-Livorno matçında dizindən aldığı zədə onun böyük futbolla birdəfəlik
yollarının ayırılması ilə nəticələnə bilər. Ronaldo artıq dizindən cərrahiyyə
əməliyyatı keçmək üçün Parisə göndərilib. Milan klubunun rəsmi saytında yayılan
məlumata görə, Ronaldonun sol diz bağlarından biri tamamilə dağılıb.