DataLife Engine > Futbol > UEFA Kuboku - 1/32 final
UEFA Kuboku - 1/32 final15 ôåâðàëÿ 2008. Ðàçìåñòèë: Ismail |
|
UEFA kuboku - 1/32 final mərhələsi Futbol üzrə UEFA kuboku turnirində 1/32 final mərhələsinin oyunları start götürüb. Hollandiya çempionatının lideri «PSV Eyndhoven» ilk matçında İsveçin «Helsinqborq» klubunu qəbul edib. Matç daha təcrübəli «PSV»nin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Norveçin «Bran» klubu da ilk matçda Skandinav futbolunun şərəfini layiqincə qoruya bilməyib. Norveç klubu öz meydanında İngiltərə Premyer Liqasının bərk gedən komandalarından birinə- Liverpulun «Everton» klubuna 0-2 hesabı ilə məğlub olub. İtaliyanın yarışdakı yeganə təmsilçisi Fiorentina ilk oyunda Rusenborqu məğlub edib. Florensiyalı futbolçular arzularını yalnız qarşılaşmanın 16-cı dəqiqəsində reallaşdıra biliblər. Sol cinahda iki müdafiəçidən sıyrılan Qobbi topa zərbə endirməyə də imkan tapıb. Qolkiper bu zərbəni dəf etsə də, özünü topa yetirən Mutu qol şansını qaçırmayıb,1-0. Komandalar fasiləyə Fiorentinanın minimal hesablı üstünlüyü ilə yollanıblar. İkinci yarıda florensiyalı futbolçuların hücumları ilə başlasa da heç bir konkret nəticə əldə edilməyib. Artırma dəqiqələrində isə norveçli futbolçuların cərimə zərbəsindən vurduğu topu Sebastyan Frey dəf edib. Matç elə Fiorentinanın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Rüsenborq - Fiorentina: 0-1 /ANSPRESS/ Bütün nəticələrlə tanış olun.
Fevral
13
|