Çində
qorxu filmlərinə qadağa qoyulub
Hökumət hazırda satışda olan dəhşət filmlərinin dərhal yığışdırılması barədə
göstəriş verib
Çin hakimiyyəti dəhşət filmləri janrına aid audio və video
məhsulların satışına qadağa tətbiq edir. Bu barədə göstəriş Çin Xalq
Respublikasının mətbuat və çap məsələləri üzrə dövlət idarəsi tərəfindən
verilib. Bu addım uşaq və yeniyetmələrin psixoloji inkişafının müdafiəsinə
yönəlib.
Göstərişdə o da deyilir ki, satışda olan dəhşətli filmlər dərhal
yığışdırılmalıdır. Çində zorakılıq və terror ehtiva edən nəşrlərə qarşı mübarizə
hələ 2006-cı ilin aprelindən başlanıb. O vaxt müxtəlif zorakı ölüm yollarının
göstərildiyi «Ölümcül məktublar» Yaponiya komiksi ölkə hakimiyyətinin tənqidi
ilə üzləşmişdi. Elə həmin vaxtdan başlayaraq, Çində ədəbsiz məzmunlu audio və
video məhsulların istehsalı və yayılmasına qarşı mübarizəyə başlanılıb.
/ANSPRESS/