
İtaliyanın yarışdakı yeganə təmsilçisi Fiorentina ilk oyunda Rusenborqu məğlub
edib. Florensiyalı futbolçular arzularını yalnız qarşılaşmanın 16-cı dəqiqəsində
reallaşdıra biliblər. Sol cinahda iki müdafiəçidən sıyrılan Qobbi topa zərbə
endirməyə də imkan tapıb. Qolkiper bu zərbəni dəf etsə də, özünü topa yetirən
Mutu qol şansını qaçırmayıb,1-0.