DataLife Engine > Xeberler - Новости > Danimarka qəzetləri karikuturaları yenə dərc edib

Danimarka qəzetləri karikuturaları yenə dərc edib


14 февраля 2008. Разместил: Ismail

Danimarka qəzetləri Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib

Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər

Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya, Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub. Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.

Danimarka müsəlman liderləri karukatura müəllifini qətlə yetirmək cəhdini qınasalar da, onların yenidən çap olunmasına da haqq qazandırmayıblar. İslam cəmiyyyəti isə, parlament binası qarşısında aksiya həyata keçirib.
Xatırladaq ki, bu hadisə İran, Suriya və Livanda Danimarka səfirliklərinin hücuma məruz qalmasına səbəb olmuşdu. Bir neçə müsəlman ölkəsi isə, Danimarka məhsullarından imtina etmişdi. /ANSPRESS/