DataLife Engine > Xeberler - Новости > Avstriyada məscid və minarələrə qadağa qoyulub

Avstriyada məscid və minarələrə qadağa qoyulub


14 февраля 2008. Разместил: Ismail

Avstriyada məscid və minarələrə qadağa qoyulub

Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib

Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib. ANS PRESS-in CNNtürk-ə istinadən verdiyi xəbərə görə, əyalət bələdiyyəsinin sədri və Avstriyanın Gələcəyi İttifaqı Hərəkatının liderlərindən biri olan Jörg Haider bildirib ki, məscid və minarələrin inşası əyalətin tarixi və təbii memarlıq üslubunu pozduğuna görə qadağan edilib. Haiderin əyalət məclisinə təqdim etdiyi qanun layihəsinə məclis üzvü xristian demokrat yönümlü Xalq Partiyası müsbət yanaşıb, Sosial Demokrat Partiyası isə qanun layihəsinin əleyhinə səs verib.

Haiderin hazırladığı qanunu “sabun köpüyünə” bənzədən Sosial Demokrat Partiyasının əyalət başqanı Gaby Schauning isə bildirib ki, istər bu qanun, istərsə də qanuna görə yaradılacaq xüsusi inşaat komissiyası din azadlığını məhdudlaşdıra bilməyəcək. Haider isə qanunun çox aydın yazıldığını və bundan sonra əyalətdə məscid və ya minarə tikilməsinə icazə verilməyəcəyini söyləyib.
Qeyd edək ki, Haider hələ ötən il Kearnten əyalətində məscidlərin tikilməsinə icazə verməyəcəyini xəbər vermişdi. Kearnten əyalət məclisində bu gün qəbul edilən qanuna qarşı ölkədə əsasən Türkiyə türklərindən ibarət müsəlman təşkilatlarının ədliyyə qurumlarına etiraz edəcəkləri bildirilib. /ANS PRESS/