Danimarka qəzetləri Məhəmməd peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc
edib
Danimarkalı jurnalistlər bununla söz azadlığının mövcudluğuna inandıqlarını
demək istədiklərini bildiriblər
Danimarka qəzetləri 2 il əvvəl qanlı qarşıdurmalara səbəb olan Məhəmməd
peyğəmbərin (ə.s.) karikuturalarını yenidən dərc edib. ANS PRESS-in Qərb
mətbuatına istinadən verdiyi məlumata görə, danimarkalı jurnalistlər bununla söz
azadlığının mövcudluğuna inandıqlarını demək istədiklərini bildiriblər. İspaniya,
Niderland və İsveç qəzetlərinin bəziləri də, sözügedən təhqiramiz karikaturaları
yayımlamaq qərarına gəlib. Onlar bu qərarlarını 2 Tunis, və 1 Mərakeş əsilli
Danimarka vətəndaşının karikaturaların müəllifinə qarşı sui-qəsd törətməyə cəhd
göstərməsini əsas gətiriblər. Təqsirli bilinən 3 nəfər isə ötən gün həbs olunub.
Həbs olunan müsəlmanların ölkədən ekstradisiya olunması da istisna olunmur.
Danimarka müsəlman liderləri karukatura müəllifini qətlə yetirmək cəhdini
qınasalar da, onların yenidən çap olunmasına da haqq qazandırmayıblar. İslam
cəmiyyyəti isə, parlament binası qarşısında aksiya həyata keçirib.
Xatırladaq ki, bu hadisə İran, Suriya və Livanda Danimarka səfirliklərinin
hücuma məruz qalmasına səbəb olmuşdu. Bir neçə müsəlman ölkəsi isə, Danimarka
məhsullarından imtina etmişdi. /ANSPRESS/