"Qurani-Kərim" ilk dəfə ərəb dilindən gürcü dilinə tərcümə olunub
Tərcümə üçün 2 il vaxt sərf edən Giorgi Lobcanidze İran, Misir və Türkiyədə
araşdırma aparıb
Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq
müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə
edib. Bu tərcümə üçün iki il vaxt sərf edən Lobcanidze bu vaxt ərzində geniş
məlumat əldə etmək üçün İran, Misir, Türkiyə və başqa müsəlman ölkələrində
araşdırmalar aparıb. Qeyd edək ki, "Quran" ilk dəfə gürcü dilində 10 il bundan
əvvəl fransız dilindən tərcümə olunub.
/ANSPRESS/