Kosmosa səyahət üçün 30 milyon dollar
Kosmosa səfər edəcək 6-cı milyonçu turist müəyyənləşib.
Bu, ABŞ-lı kosmonavt Oven Garriotun oğlu, kompyuter oyunları istehsal edən
şirkətin sahibi Riçard Garriotdur. Artıq Garriot sentyabr ayına planlaşdırılan
səfərin hazırlığına başlayıb. O, kosmik macəraya görə tələb olunan 30 milyon
dolları da ödəyib. Uçuş barədə açıqlama verən Riçard Garriot kosmosun onun
həyatında vacib rol oynadığını deyib: “Kosmos mənim üçün ən vacib şeyə
çevrilməkdədir. Uçmaq həvəsi mənim yerdəki fəaliyyətlərimi ikinci plana
keçirəcək”.
Rusiya Federal Kosmik Tədqiqatlar Mərkəzi və ABŞ-ın “Adventures” firması
arasındakı razılaşmaya əsasən, Garriot iki peşəkar kosmonavtla Beynəlxalq Kosmik
Stansiyaya səfər edəcək. Garriot macərasına əlavə olaraq kosmosda gəzinti üçün
15 milyon dollar ödəməyi düşünür. Milyonçu uçuşdan öncə Rusiyada 6 həftə
keçirəcək və burada tibbi müayinədən keçməklə yanaşı, “Soyuz” kosmik gəmisi ilə
tanış olacaq. Bundan sonra Garriott Qazaxıstanda yerləşən “Boykonur” Kosmik
Bazasına yollanacaq.
Xatırladaq ki, “Soyuz” kosmik gəmisi ilə Yerin orbitindəki stansiyaya turist
daşınması ənənəsinin təməli 2001-ci ildə qoyulub. Bu hadisə amerikalı iş adamı
Dennis Titonun adı ilə bağlıdır. Garriotdan əvvəl kosmosa səfər edən 5
milyonçudan hər biri ruslara 20 milyon dollar ödəmişdilər.
/zaman.az/