Yeniyetmələr internetdən hansı məqsədlərlə istifadə edirlər?
Sorğu nəticəsində əksər yeniyetmənin əxlaqsız və porno saytlara maraq göstərdiyi
üzə çıxıb
“Gənc Liderlər” Uşaq Təşkilatının keçirdiyi sorğu nəticəsində əksər yeniyetmənin
İnternetdə əxlaqsız və porno saytlara maraq göstərdiyi üzə çıxıb. Bu barədə ANS
PRESS-ə təşkilatının sədri Fərid Şahbazlı verib. Təşkilat sədri bildirib ki,
yeniyetmələrin internetdən hansı məqsədlərlə istifadə etdiyini öyrənmək məqsədi
ilə məktəb yaşlı uşaqlar arasında sorğu keçirilib. Onun sözlərinə görə, 220
respondentin iştirak etdiyi sorğuya Bakının müxtəlif məktəblərinin şagirdləri
cəlb olunub. Sorğu iştirakçılarının 169 nəfəri “İnternetdən nə məqsədlə istifadə
edirsiniz?” sualına açıq şəkildə porno saytlarla məşğul olduğunu bildirib. 36
nəfər İnternetdən müxtəlif kompüter oyunları oynamaq, yalnız 5 nəfər səmərəli
məqsədlər üçün istifadə etdiyini, qalan 10 nəfər isə ümumiyyətlə kompüter
biliklərinin olmadığını qeyd edib. F. Şahbazlı qeyd edib ki, sorğu iştirakçıları
İnternet klublarında porno saytlardan istifadə etməsinə heç bir maneə olmadığını
deyiblər. Təşkilat əlaqədar dövlət qurumlarını İnternetdə porno saytların
açılmasına qadağa qoymağa, 18 yaşından kiçik məktəblilərin İnternetdən
istifadəsinə məhdudiyyətlərin tətbiqinə çağırıb. /ANSPRESS/