Qoyunun 4 balası olub
Quzulardan biri
sonradan ölsə də, digər üçü sağdır
Masallı rayonunun
Qodman kəndində qoyun dünyaya 4 quzu gətirib. Balalardan biri doğulan gündən bir
gün sonra ölsə də, digər üçü sağdır.
Qeyd edək ki, qoyun sahibi Hüseynovlar ailəsinin əsas məşğuliyyəti
heyvandarlıqdır. Ev sahibləri uzun illər ərzində birinci dəfədir ki, belə hadisə
ilə qarşılaşdıqlarını bildirirlər./ANSPRESS/