Florida sakini ördəklə toqquşaraq ölüb
ABŞ-ın
Florida ştatında qəribə hadisə baş verib.
Brouord Qraflığı ərazisində yerləşən Riç gölündə katerlə sürət yoxlaması aparan
Leon Resnik Dirfild ördəklə toqquşaraq ölüb. Hadisə barədə məlumat verən
qraflığın şerifi bu ehtimalı təsdiqləyib. Onun sözlərinə görə, hadisə baş verən
zaman Resnik öz kateri ilə üzürmüş. Dostu Adam isə Resniki müşahidə edirmiş.
Katerin sürətini ölçmək məqsədilə radarı katerə yönləndirən Adam qayığın boş
olduğunu və Resnikin yoxa çıxdığını görür. O, özünü suya atsa da, Resnikin
həyatını xilas edə bilmir. Təcili xəstəxanaya çatdırılan Resnikin artıq oldüyü
müəyyənləşir. İlkin ekspertizadan sonra həkimlər onun başından küt alətlə
vurularaq öldürüldüyü fikri üzərində dururlar. Şerif bu rəydən sonra
araşdırmalar aparıldığını və göldən Resniklə toqquşan ördəyin cəsədinin
tapıldığını deyib. Bununla da istintaq yekunlaşıb. Xatırladaq ki, toqquşma
zamanı katerin sürəti 88 km/saat olub. /zaman.az/