Ekvadordakı Tunqurahua
vulkanından lava axını davam edir
Vulkanın tüstüsü artıq 5 km hündürlüyə qədər qalxıb
Ekvadordakı Tunqurahua vulkanından lava axını davam edir. Mütəxəsislərin
fikrincə, bu proses hələ bir müddət davam edəcək. Ekvadorun geofizika institutu
isə vulkanda zəifləmə ələmətinin olmadığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, vulkanın tüstüsü artıq 5 km hündürlüyə qədər qalxıb. Amma bu, hələ
rekord göstərici deyil. Bundan öncə vulkanın tüstüsü hətta 10 km hündürlüyə
çatmışdı. Hindu dilində «alov boğazı» adlanan vulkan 1999-cu ildən bəri
fəallaşıb. Ötən ildən etibarən isə vulkanda tez-tez kül və qaz püskürmələri baş
verməyə başlayıb. Artıq Ekvadorun mülkü müdafiə dəstələri dağın yamaclarında
yaşayan insanların evakuasiyasına başlayıb. Bu günə kimi 1500-dən çox kənd
sakini təhlükəsiz ərazilərə evakuasiya edilib. /ANS PRESS/