DataLife Engine > Xeberler - Новости > Tunqurahua vulkanından lava axını davam edir

Tunqurahua vulkanından lava axını davam edir


10 февраля 2008. Разместил: Ismail

Ekvadordakı Tunqurahua vulkanından lava axını davam edir


Vulkanın tüstüsü artıq 5 km hündürlüyə qədər qalxıb

Ekvadordakı Tunqurahua vulkanından lava axını davam edir. Mütəxəsislərin fikrincə, bu proses hələ bir müddət davam edəcək. Ekvadorun geofizika institutu isə vulkanda zəifləmə ələmətinin olmadığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, vulkanın tüstüsü artıq 5 km hündürlüyə qədər qalxıb. Amma bu, hələ rekord göstərici deyil. Bundan öncə vulkanın tüstüsü hətta 10 km hündürlüyə çatmışdı. Hindu dilində «alov boğazı» adlanan vulkan 1999-cu ildən bəri fəallaşıb. Ötən ildən etibarən isə vulkanda tez-tez kül və qaz püskürmələri baş verməyə başlayıb. Artıq Ekvadorun mülkü müdafiə dəstələri dağın yamaclarında yaşayan insanların evakuasiyasına başlayıb. Bu günə kimi 1500-dən çox kənd sakini təhlükəsiz ərazilərə evakuasiya edilib. /ANS PRESS/