12 metr yüksəklikdən
atılan körpə sağ qalıb
Yanğın zamanı binadan
atılan körpəni polis işçisi tutub
Almaniyanın
Lyudviqsxafen şəhərində baş verən yanğın zamanı 12 metr hündürlükdən yerə atılan
körpə sağ qalıb. Dördüncü mərtəbədən atılan körpəni binanın həyətində duran
polis əməkdaşı tutub. Hadisə vaxtı yaxınlıqda olan 43 yaşlı veb dizayner uşağın
atılması anını lentə ala bilib.
Xatırladaq ki, dünən türk miqrantlar yaşayan dördmərtəbəli binanın yanması
nəticəsində 9 nəfər ölüb, onlardan 5-i uşaqdır. /ANS PRESS/