DataLife Engine > Muxtelif - Ðàçíîå > Amsterdam “yerin dibinə girir”
Amsterdam “yerin dibinə girir”5 ôåâðàëÿ 2008. Ðàçìåñòèë: Ismail |
![]() Amsterdam "yerin dibinə girir"
Bu baxımdan
Hollandiyanın “Sturukton” şirkətinin irəli sürdüyü təklif maraq doğurur. Belə ki,
tanınmış inşaat şirkətinin planları reallaşsa, Amsterdamın dünyada məşhur olan
kanallarının altında yollar, avtomobil dayanacaqları, mağazalar, hətta
kinoteatrlar tikiləcək. Plana əsasən, yeraltı Amsterdam 6 və yaxud 7 mərtəbədən
ibarət olacaq. Planla bağlı Amsterdam Bələdiyyəsində təqdimat mərasimi keçirən
şəhər nəqliyyat departamentinin rəsmisi Tjerd Herrema məsələ barədə ictimaiyyətə
açıqlama verib. Onun sözlərinə görə, “Sturukton” firmasının istəyi gerçəkləşsə,
əsas yolların, kanalların və evlərin altında idman kompleksləri, kinoteatrlar,
böyük firmaların anbarları, həmçinin onların yükləmə və boşaltma yerləri inşa
ediləcək: “Yeni plana əsasən, Amsterdamın mərkəzindən keçən kanalların altında
yeni çoxmərtəbəli şəhər salınacaq. Yeni Amsterdamın 6 və ya 7 mərtəbədən ibarət
olması planlaşdırılır”. Herrema artıq şirkətin plan və layihələri həm çertyoj,
həm də animasiya formasında departamentə təqdim etdiyini, ancaq buna təkcə
özünün qərar verə bilməyəcəyini və Amsterdam Bələdiyyəsinin dəstəyinin vacib
olduğunu söyləyib. O, “Sturukton”un avtoparklarla bağlı layihəsini
dəstəklədiyini, lakin digər tikililərin yerin üstündə tikilməsinin daha
məqsədəuyğun olduğunu açıqlayıb.
|