DataLife Engine > Futbol > Afrika Çempionatı - çeyrək final

Afrika Çempionatı - çeyrək final


5 февраля 2008. Разместил: Ismail

Futbol üzrə Afrika Millətlər Kubokunda çeyrək finala yekun vurulub. Qana millisi Nigeriya millisinə 2 – 1 hesabı ilə qalib gəlib. Yakubu 35-ci dəqiqədə penalti zərbəsi ilə Nigeriyanı hesabda önə çıxarıb. Lakin bu, Nigeriyanın oyunda vurduğu yeganə qol olub. Essienin 45-ci və Agogonun 83-cü dəqiqədə vurduğu qollar Qanaya qələbə qazandırıb. Fil Dişi Sahili isə Qvineyanı darmadağın edib: 5 – 0.

Misir Anqolaya 2 – 1 hesabı ilə qali gəlib. 23-cü dəqiqədə Abdel penalti zərbəsindən Misiri hesabda önə çıxarıb. Anqola Manuchonun qolu ilə 3 dəqiqə sonra hesabı bərabərləşdirib. Zəki 38-ci dəqiqədə Misirin qələbə topunun Anqolanın qapısından keçirib.

Tunis və Kamerun arasındakı oyunun əsas vaxtı 2 – 2 hesabı ilə bitdiyindən oyun əlavə  vaxtda davam etdirilib və Kamerun qələbə topunu Tunisin qapısından keçirə bilib.