Futbol üzrə Afrika Millətlər Kubokunda çeyrək finala yekun
vurulub.
Qana millisi Nigeriya millisinə 2 – 1 hesabı ilə qalib gəlib.
Yakubu 35-ci dəqiqədə penalti zərbəsi ilə Nigeriyanı hesabda önə çıxarıb. Lakin
bu, Nigeriyanın oyunda vurduğu yeganə qol olub. Essienin 45-ci və Agogonun 83-cü
dəqiqədə vurduğu qollar Qanaya qələbə qazandırıb. Fil Dişi Sahili isə Qvineyanı
darmadağın edib: 5 – 0.
Misir Anqolaya 2 – 1 hesabı ilə qali gəlib. 23-cü dəqiqədə Abdel
penalti zərbəsindən Misiri hesabda önə çıxarıb. Anqola Manuchonun qolu ilə 3
dəqiqə sonra hesabı bərabərləşdirib. Zəki 38-ci dəqiqədə Misirin qələbə topunun
Anqolanın qapısından keçirib.
Tunis və Kamerun arasındakı oyunun əsas vaxtı 2 – 2 hesabı ilə
bitdiyindən oyun əlavə vaxtda davam etdirilib və Kamerun qələbə topunu Tunisin
qapısından keçirə bilib.