DataLife Engine > Xeberler - Новости > Hindistanda bina uçub

Hindistanda bina uçub


3 февраля 2008. Разместил: Ismail

Hindistanda bina uçub

Mehmanxana və bankın yerləşdiyi binada 8 nəfər həlak olub, 12 nəfər yaralanıb

Bu gün Hindistanın qərbindəki Əhmədabad şəhərində bina uçub. Mehmanxana və bankın yerləşdiyi binanın uçması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Binanın inzibatçısının verdiyi məlumata görə, yaxınlıqda aparılan tikinti binanın bünövrəsini zədələyib. Üç gün əvvəl isə binanın əyildiyi müşahidə edildiyindən orada işləyənlərə evakuasiya barədə xəbərdarlıq edilibmiş./ANSPRESS/