Hindistanda bina uçub
Mehmanxana və bankın yerləşdiyi binada 8 nəfər həlak olub, 12 nəfər yaralanıb
Bu gün Hindistanın qərbindəki Əhmədabad şəhərində bina uçub. Mehmanxana və
bankın yerləşdiyi binanın uçması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər
yaralanıb.
Binanın inzibatçısının verdiyi məlumata görə, yaxınlıqda aparılan tikinti
binanın bünövrəsini zədələyib. Üç gün əvvəl isə binanın əyildiyi müşahidə
edildiyindən orada işləyənlərə evakuasiya barədə xəbərdarlıq edilibmiş./ANSPRESS/