Britaniyada
azərbaycanlı tələbə universitetə kələk gəlib
Tələbə bank
əməkdaşına onun yerinə imtahan verməsi üçün 20 min funt rüşvət verməkdə təqsirli
bilinib
Britaniyada
Azərbaycandan olan 23 yaşlı tələbə Elnar Əsgərov bank əməkdaşı Jerom Drinə onun
yerinə imtahan verməsi üçün 20 min funt rüşvət verməkdə təqsirli bilinib. "Turan"ın
məlumatına görə, Britaniyanın York şəhər məhkəməsi bu iki şəxsə qarşı iddiaya
baxıb. Britaniya mətbuatının xəbərlərinə görə, E.Əsgərov və J.Drinə qarşı daha
bir neçə ittiham, o cümlədən E.Əsgərovun təhsil aldığı universiteti aldatması
ittihamı da bu sırada var. Hər iki müttəhimi ya həbs cəzası, ya da pül cərmiəsi
gözləyir. Yanvarın 23-də məhkəmə ilkin baxış keçirib və müttəhimləri girov
qoyulması müqabilində sərbəst buraxıb. İttiham aktında J.Drinin 2006-cı ilin
yanvarından 2007-ci ilin mayına kimi E.Əsgərovun əvəzinə imtahan verdiyi qeyd
edilir və bunun müqabilində J.Drinə 20 min funt (40 min dollar) pul verilib.
Onların hər ikisi 2007-ci il mayın 11-də imtahan vaxtı, daha doğrusu J.Drin
özünü E.Əsgərov kimi tanıdanda və onun vəsiqəsini təqdim edəndə həbs olunublar.
Növbəti məhkəmə
prosesi fevralın 25-də gözlənilir və məhkəmə prosesinin gedişində müttəhimlərə
10 maddə üzrə rəsmi ittiham irəli sürüləcəyi nəzərdə tutulur. Müttəhimlər cərimə
və ya həbs oluna bilərlər, bundan əlavə J.Drin E.Əsgərovdan aldığı 20 min funtu
ödəməlidir. Müttəhimlər sifətlərini fotoreportyorlandan gizlədə bilmək üçün
məhkəməyə sifətlərini şərflə bağlamış halda gəliblər.