Amerikada təyyarə qəzasında 6 nəfər həlak olub
Baş
vermiş qəzada təyyarənin 6 nəfərilk heyəti ölüb
Amerikada iki motorlu kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. "Cihan" xəbər
agentliyinin verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 6 nəfərin
hamısı həlak olub. Yerli polis rəsmiləri bildirib ki, “C90A” tipli təyyarə
dumanlı havada Şimali Karolina hava limanına enməyə çalışarkən yerə çaxılıb. "Mount
Airy" hava limanının yaxənlığında, iki binanın arasındakı əraziyə düşən
təyyarədən sağ çıxan olmayıb. /ANSPRESS/