DataLife Engine > Xeberler - Новости > Hindistan və Yaxın Şərq internetsiz qalıb
Hindistan və Yaxın Şərq internetsiz qalıb1 февраля 2008. Разместил: Ismail |
![]() Hindistan və Yaxın Şərq internetsiz qalıb Aralıq dənizinin dibindəki sualtı kabelin zədələnməsi nəticəsində baş vermiş zərərin aradan qaldırılması üçün bir neçə gün vaxt lazımdır Aralıq
dənizinin dibi ilə çəkilən iki sualtı kabelin zədələnməsi nəticəsində Yaxın
Şərqin və Hindistanın internet istifadəçilərinin böyük hissəsi dünya internet
şəbəkəsinə daxil ola bilməyib. Rabitə və İnformasiya Texnologiya Nazirliyindən
verilən məlumata görə, Misirdə telekommunikasiya sisteminin zədələnməsi 70 faiz,
Hindistanda isə 60 faiz istifadəçini internetsiz qoyub. Baş verənlər Hindistanda
telefon şəbəkələri olan Böyük Britaniyanın “British Airways” kimi bir sıra
şirkətlərinədə təsir göstərib. |