
Afrika Millətlər Kubokunda pley-off mərhələsində oynayacaq komandalar bəlli olub
Bunlar Misir və
Kamerun yığma komandalarıdır
Futbol üzrə Afrika
Millətlər Kubokunda pley-off mərhələsində mübarizəni davam etdirəcək
növbəti
komandalar müəyyənləşib. Bunlar Misir və Kamerun yığma komandalarıdır. 3-cü tur
Misir Zambiya millisi ilə top qovub. Nominal meydan sahibi sayılan misirlilər
artıq matçın 15-ci dəqiqəsində hesabı açıblar. 1-0. İlk yarıda bu hesabla başa
çatıb. Zambiyalılar isə matçın başa çatmasına 2 dəqiqə qalmış rəqibə cavab verə
bilib. Kris Katonqa sol cinahda müdafiəçini barmağına doladığdan sonra yaxın
küncü dəqiq nişan alıb, 1-1. Matç elə bu hesabla başa çatıb. Misir - Zambiya:
1-1
Adını pley-ofa yazdırmış Kamerun yığması isə Sudan millisi ilə qarşılaşıb. İlk
dəqiqələrdən oyuna aktiv başlayan Kamerun millisi yalnız 27-ci dəqiqədə istəyinə
çatıb. Samuel Eto penaltidən komandasını hesabda irəli çıxarıb, 1-0. Hücumlarını
intensivləşdirən Kamerun yığması bir daha rəqibi matçın 34-cü dəqiqəsində
növbəti qolla cəzalandırıb, 2-0. Bu da oyunda vurulmuş son qol olmayıb. Matçın
son dəqiqəsində Eto rəqib qapısından bir qol daha keçirib. Yeri gəlmişkən, Afika
Mİllətlər Kuboku turnirlərində rəqib torlarını 16 dəfə silkələyən Eto artıq ən
məhsuldar futbolçu kimi adını bu turnirin tarixinə yazdırıb. Kamerun - Sudan:
3-0 /ANS PRESS/
Dünən keçirilən matçlardan sonra isə sonuncu çeyrək finalçılar da bəlli olub.
Anqola və Tunis də növbəti mərhələyə adlayıb. Bu komandaların dünən öz
aralarında keçirilən matç heç-heçə bitib. 0 - 0
Beləliklə, A qrupundan Qana və Qvineya, B qrupundan Fil Diş Sahili və Nigeriya, C qrupundan Misir və Kamerun, D qrupundan Tunis və Anqola növbəti mərhələyə adlayıb.
Çeyrək finalda bu komandalar bir-birilə qarşılaşacaq: Qana və Nigeriya, Fil Dişi Sahili və Qvineya, Misir və Anqola, Tunis və Kamerun