DataLife Engine > Futbol > İspaniya çempionatının 21-ci turunda qalmaqal baş verib
İspaniya çempionatının 21-ci turunda qalmaqal baş verib1 февраля 2008. Разместил: Ismail |
|
Futbol üzrə İspaniya çempionatının 21-ci turunda qalmaqal baş verib Futbolçular öz aralarında yaranmış mübahisəyə bildikləri kimi aydınlıq gətirməyə çalışıblar Futbol üzrə İspaniya çempionatının 21-ci turunda keçirilən "Sevilya" "Osasuna" komandalarının görüşündə qalmaqal baş verib. Qarşıdurma isə xoş sonluqla başa çatmayıb. Futbolçular öz aralarında yaranmış mübahisəyə bildikləri kimi aydınlıq gətirməyə çalışıblar. "Sevilya"nın yarımmüdafiəçisi Adriano əlindəki su bakalını rəqibinin başına boşaldarq hirsini soyutmağa çalışıb. Nəticədə əndəluzlu idmana yaraşmayan çılğınlığına görə 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qarşı tərəf də cəzasız qalmayıb. "Osasuna"nın baş məşqçisi Xose Anxel Ziqanda da bir oyun komandasına rəhbərlik edə bilməyəcək. Ziqanda görüşün rəsmi nümayəndəsi ilə aqressiv davrandığına görə bu cəzaya məruz qalıb. Xatırladaq ki, qalmaqallarla diqqət mərkəzində olan "Sevilya"-"Osasuna" matçı birincilərin 2-1 hesablı qələbəsi ilə başa çatmışdı. /ANS PRESS/ |