Hindistan və Yaxın
Şərq internetsiz qalıb
Aralıq
dənizinin dibindəki sualtı kabelin zədələnməsi nəticəsində baş vermiş zərərin
aradan qaldırılması üçün bir neçə gün vaxt lazımdır
Aralıq
dənizinin dibi ilə çəkilən iki sualtı kabelin zədələnməsi nəticəsində Yaxın
Şərqin və Hindistanın internet istifadəçilərinin böyük hissəsi dünya internet
şəbəkəsinə daxil ola bilməyib. Rabitə və İnformasiya Texnologiya Nazirliyindən
verilən məlumata görə, Misirdə telekommunikasiya sisteminin zədələnməsi 70 faiz,
Hindistanda isə 60 faiz istifadəçini internetsiz qoyub. Baş verənlər Hindistanda
telefon şəbəkələri olan Böyük Britaniyanın “British Airways” kimi bir sıra
şirkətlərinədə təsir göstərib.
Xəbər verilir ki, hadisə həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə
Ərəbistana təsir göstərib. Tək Dubay şəhərində iki internet-provayderlərin
müştəriləri internetsiz qalıb. Bəzi məlumatlara görə, baş verənlərin günahkarı
Misirin İskəndəriyyə limanının yaxınlığında lövbər salan gəmi olub. Misirin
Telekommunikasiya Nazirliyindən bildirirlər ki, internetə çıxışın tam bərpa
olunmasına bir neçə gün sərf oluna bilər./ANSPRESS/