Futbol üzrə İspaniya
çempionatının 21-ci turunda qalmaqal baş verib
Futbolçular öz
aralarında yaranmış mübahisəyə bildikləri kimi aydınlıq gətirməyə çalışıblar
Futbol üzrə İspaniya
çempionatının 21-ci turunda keçirilən "Sevilya" "Osasuna" komandalarının
görüşündə qalmaqal baş verib. Qarşıdurma isə xoş sonluqla başa çatmayıb.
Futbolçular öz aralarında yaranmış mübahisəyə bildikləri kimi aydınlıq gətirməyə
çalışıblar. "Sevilya"nın yarımmüdafiəçisi Adriano əlindəki su bakalını rəqibinin
başına boşaldarq hirsini soyutmağa çalışıb. Nəticədə əndəluzlu idmana yaraşmayan
çılğınlığına görə 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qarşı tərəf də
cəzasız qalmayıb. "Osasuna"nın baş məşqçisi Xose Anxel Ziqanda da bir oyun
komandasına rəhbərlik edə bilməyəcək. Ziqanda görüşün rəsmi nümayəndəsi ilə
aqressiv davrandığına görə bu cəzaya məruz qalıb. Xatırladaq ki, qalmaqallarla
diqqət mərkəzində olan "Sevilya"-"Osasuna" matçı birincilərin 2-1 hesablı
qələbəsi ilə başa çatmışdı. /ANS PRESS/