
Ölkənin Valensiya klubu doğma azarkeşləri qarşısında Atletiko Madridi qəbul
edib. Qonaqlar 26-ci dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə aparmalı
olublar. Tyaqo Motta hakimin qəzəbinə tuş gəlib. Ronald Kumanın yetirmələri az
sonra say üstünlüyündən yararlanıblar. David Silva, 33-cü dəqiqədə qüvvətli
zərbə ilə topu yaxın güncə göndərib, 1-0.