Qəzaya uğrayan
təyyarədəki ekipaj üzvlərinin adları məlum olub
Onların adları
belədir: Əfqan Aslanov və Fəxrəddin Əsgərov
Bu gün
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 UB tipli təlim –döyüş
təyyarəsi Xəzər dənizində sahilə yaxın ərazidə qəzaya uğrayıb. ANS PRESS-in
hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təyyarədə iki nəfər
ekipaj üzvü olub və hər ikisi həlak olub. Onların adları belədir: Əfqan Aslanov
və Fəxrəddin Əsgərov (instruktor). Hadisə yerinə müdafiə naziri Səfər Əbiyev də
gəlib. Axtarışa Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin
əməkdaşları qoşulub, axtarışlar helikopter və katerlə aparılır.
Təyyarə təlim uçuşu zamanı aktiv manevr edərkən qəzaya uğrayıb və onun qalıqları
dənizin 15 metr dərinliyindədir. /ANS PRESS/