
Afrika Kubokunun
pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib
Bunlar meydan sahibi,
“Qana” yığma komandası və “Qvineya” millisidir
Futbol üzrə Afrika
Millətlər Kubokunun A qrupundan pley-off mərhələsində mübarizəni davam etdirəcək
komandalar müəyyənləşib. Bunlar meydan sahibi, “Qana” yığma komandası və
“Qvineya” millisidir. 3-cü tur isə “Qana” “Mərakeş” millisi ilə qarşılaşıb.
Qarşılaşmanın 26-cı dəqiqəsində “Qana” millisi hesabı açıb, 1-0. “Mərakeş”
millisi bir daha 45-ci dəqiqədə oyuna mərkəzdən başlamalı olub. Bu dəfə rəqibi
əks-hücumda yaxalayan Muntari fərqlənib, 2-0. Fasilədən sonra da oyun “Qana”nın
üstünlüyü ilə keçib. Matç elə eyni hesabla, “Qana” millisinin 2-0 qələbəsi ilə
başa çatıb. Keçirdiyi hər 3 görüşdə qələbə qazanan “Qana” pley-ofa vəsiqə
qazanıb. “Qana” – “Mərakeş”: 2-0
Daha bir görüş isə “Namibiya” ilə “Qvineya” millisi arasında keçirilib.
“Qvineya”nın oyunçusu Süleyman Yula yalnız 62-ci dəqiqədə vurduğu qolla
komandasını irəliyə çıxara bilib. Müdafiəçidən sıyrılan Yula qolkiperdə ümid
yeri qoymayıb, 1-0. “Namibiya” isə matçın başa çatmasına 10 dəqiqə qalmış hesabı
bərabərləşdirməyə nail olub. Mərkəz xətdən qvineyalıların müdafiəsini yaran
Brendel dəqiq zərbə ilə hücumu məntiqi sonluğa çatdırıb, 1-1. “Qvineya” – “Namibiya”:
1-1 /ANS
PRESS/