DataLife Engine > Xeberler - Новости > Təyyarə qəzaya uğrayıb

Təyyarə qəzaya uğrayıb


29 января 2008. Разместил: Ismail

 Qəzaya uğrayan təyyarədəki ekipaj üzvlərinin adları məlum olub

Onların adları belədir: Əfqan Aslanov və Fəxrəddin Əsgərov

Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 UB tipli təlim –döyüş təyyarəsi Xəzər dənizində sahilə yaxın ərazidə qəzaya uğrayıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təyyarədə iki nəfər ekipaj üzvü olub və hər ikisi həlak olub. Onların adları belədir: Əfqan Aslanov və Fəxrəddin Əsgərov (instruktor). Hadisə yerinə müdafiə naziri Səfər Əbiyev də gəlib. Axtarışa Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin əməkdaşları qoşulub, axtarışlar helikopter və katerlə aparılır.
Təyyarə təlim uçuşu zamanı aktiv manevr edərkən qəzaya uğrayıb və onun qalıqları dənizin 15 metr dərinliyindədir. /ANS PRESS/