DataLife Engine > Futbol > Qana və Qvineya növbəti mərhələdə

Qana və Qvineya növbəti mərhələdə


29 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

Afrika Kubokunun pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşib

Bunlar meydan sahibi, “Qana” yığma komandası və “Qvineya” millisidir

Futbol üzrə Afrika Millətlər Kubokunun A qrupundan pley-off mərhələsində mübarizəni davam etdirəcək komandalar müəyyənləşib. Bunlar meydan sahibi, “Qana” yığma komandası və “Qvineya” millisidir. 3-cü tur isə “Qana” “Mərakeş” millisi ilə qarşılaşıb. Qarşılaşmanın 26-cı dəqiqəsində “Qana” millisi hesabı açıb, 1-0. “Mərakeş” millisi bir daha 45-ci dəqiqədə oyuna mərkəzdən başlamalı olub. Bu dəfə rəqibi əks-hücumda yaxalayan Muntari fərqlənib, 2-0. Fasilədən sonra da oyun “Qana”nın üstünlüyü ilə keçib. Matç elə eyni hesabla, “Qana” millisinin 2-0 qələbəsi ilə başa çatıb. Keçirdiyi hər 3 görüşdə qələbə qazanan “Qana” pley-ofa vəsiqə qazanıb. “Qana” – “Mərakeş”: 2-0

Daha bir görüş isə “Namibiya” ilə “Qvineya” millisi arasında keçirilib. “Qvineya”nın oyunçusu Süleyman Yula yalnız 62-ci dəqiqədə vurduğu qolla komandasını irəliyə çıxara bilib. Müdafiəçidən sıyrılan Yula qolkiperdə ümid yeri qoymayıb, 1-0. “Namibiya” isə matçın başa çatmasına 10 dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Mərkəz xətdən qvineyalıların müdafiəsini yaran Brendel dəqiq zərbə ilə hücumu məntiqi sonluğa çatdırıb, 1-1. “Qvineya” – “Namibiya”: 1-1
/ANS PRESS/