Meyxana ustadı
Ağasəlim Çıldağın vəziyyəti ağırdır
Xroniki böyrək
çatışmamazlığından əziyyət çəkən 78 yaşlı şairin tezliklə müalicə olunması
lazımdır
Meyxana ustadı
Ağasəlim Çıldağın vəziyyəti ağırdır. İki dəfə insult keçirən və xroniki böyrək
çatışmamazlığından əziyyət çəkən 78 yaşlı şairin tezliklə müalicə olunması
lazımdır. Şair bildirib ki, böyrəyinin ikisi də yaxşı işləmir: «Qanımı
zəhərləyir».
Artıq yeriməyə çətinlik çəkən şairin sağalması üçün ciddi müalicəyə ehtiyacı var.
Lakin maddi çatışmamazlıq bunu etməyə imkan vermir. Ümidi isə dövlətdəndir. /ANS
PRESS/